Balıqçı 100 milyon dollarlıq mirvarini yatağının altında gizlətdi VİDEO


Digərləri 13 Fev 2019 07:00:00 224 0

Balıqçı 100 milyon dollarlıq mirvarini yatağının altında gizlətdi  VİDEO

Filippində bir balıqçı 10 il ərzində şans gətirdiyinə inandığı üçün yatağının altında gizlətdiyi iri mirvarini bələdiyyəyə təslim edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 34 kilo ağırlığı olan mirvarinin 100 milyon dollar dəyəri var.

Balıqçının təqdim etdiyi mirvarinin 30 sm eni, 67 sm hündürlüyü var. O, bildirir ki, mirvari qayığın lövbərinə ilişib və balıqçı suya tullanaraq incini çıxarıb. Adı açıqlamayan balıqçı mirvarinin baha qiymətə satıla biləcəyini düşünmədiyi üçün evə gətirib və yatağının altında gizlədib.