Rusiyalı alimlərin fikrincə, Xəzərin səviyyəsi təhlükəli dərəcədə artmayacaq


Digərləri 13 Fev 2019 06:30:00 255 0

Rusiyalı alimlərin fikrincə, Xəzərin səviyyəsi təhlükəli dərəcədə artmayacaq

Dünya okeanının səviyyəsi yüksəlməkdədir. Bu əsrin sonuna qədər okean səviyyəsinin 1 metr, növbəti əsrin sonuna qədər 10 metr artacağı istisna olunmur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun Rusiya İqlim Proqramının direktoru Aleksey Kokorin bu fikirdədir.

A.Kokorin qeyd edib ki, dənizlərin səviyyəsi qeyri-müntəzəm şəkildə artacaq. O deyib: "Tropik zonalarda bu artım 1,5 metrə, mülayim enliklərdə və şimal isə 50 santimetrə qədər olacaq. Səviyyə artımındakı fərqlər tektonik layların hərəkəti ilə bağlıdır".