Macarıstanda çoxuşaqlı ailələrə 31 min avroluq analıq kapitalı ayrılacaq


Digərləri 13 Fev 2019 04:30:00 225 0

Macarıstanda çoxuşaqlı ailələrə 31 min avroluq analıq kapitalı ayrılacaq

Macarıstanın Baş naziri Viktor Orban ölkədə doğuşların sayının artırılması və bu məqsədlə analara 31 min avroluq subsidiya ayrılması üzrə planın tətbiq olunacağını elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, plana əsasən, 40 yaşdan cavan hər bir qadın ilk evliliyi dövründə sərbəst istifadə etmək üçün dövlətdən 31 min 417 avro dəyərində faizsiz kredit alacaq. İlk uşaq dünyaya gəldikdə kreditin ödənişi üç il dayandırılacaq, ikinci uşaq doğulduqda dövlətə qaytarılmalı olan məbləğ 10 min dollara qədər azaldılacaq, üçüncü uşaqdan sonra isə ana bütün kreditdən azad ediləcək.