NASA Marsın yeni videosunu yaydı


Digərləri 13 Fev 2019 03:30:00 319 0

NASA Marsın yeni videosunu yaydı

NASA Mars planetinin yeni video görüntülərini yayımlayıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, görüntülər "Curiosity" aparatı vasitəsilə lentə alınıb. "Curiosity" Marsın Qeyl kraterindəki Eolida dağından bir illik tədqiqatdan sonra aşağı enib. Enişdən əvvəl aparat rayonun 360 dərəcəlik panoram görüntüsünü lentə alıb.

"Curiosity" sözügedən rayonun gil təbəqəsini gələn il tədqiq edəcək. Aparat 2012-ci ildə Marsın Qeyl rayonuna enib. Əsas hədəfi Qırmızı planetdə geoloji və geo kimyəvi tədqiqat aparmaq, atmosferi və iqlimi öyrənmək, su və ya onun izlərini, orqanik maddələri araşdırmaqdır. Bu məlumatlar isə Marsın nə vaxtsa canlı həyat üçün uyğun olub-olmadığını, planetdə canlı həyat üçün uyğun ərazinin olub-olmadığı üçün çox vacibdir.