İmmunitetinizi qaldıracaq 5 ədviyyat –


Digərləri 12 Fev 2019 23:25:00 170 0

İmmunitetinizi qaldıracaq 5 ədviyyat –

Məlumdur ki, orqanizmin sağlamlığı güclü immunitetdən asılıdır. İmmuniteti zəif insanın vəziyyəti adi qripdən belə ağırlaşa bilər.

İmmunitet artıran heç bir sistem, dərman yoxdur. Möcüzə orqanizmin özündə və mövcud olan qida, içki, bitkilərdədir.

Siz orqanizmə lazımi maddələri qida ilə verin, immunitet özünə lazım olanı götürəcək.

Son.az medicina.az-a istinadən immuniteti möhkəmləndirəcək 5 əlçatan vacib ədviyyatların siyahısını təqdim edir:

1.Darçın

Antioksidant təsiri olub, infeksiyalarla mübarizədə immun aktivliyi stimullaşdırır. Antiiltihab təsir edir. O, antibakterial effekti ilə xəstəliyin kökü, səbəbi ilə mübarizə aparır. Orqanizmi daxildən qızışdırır. Buna görə də qrip, öskürək, bəlğəm zamanı ilk işiniz darçınlı süd və ya çay içmək olsun. Darçının saxtası və Çin variantı da istehsal olunduğu üçün müalicə məqsədilə Seylon darçını axtarın. Boru formasında olanı alın, toz yox. Əsl darçın papirus kimi qat-qat bükülü, nazik olur və tez ovulur. Saxta darçının orqanizmə faydası yoxdur, amma zərəri var. Bir qədər bala darçın ovub saxlayın. Burnunuz qıcıqlanan, soyuqdəymə hiss edən kimi, bu darçınlı baldan istifadə edin.   ƏSL DARÇIN BELƏ OLMALIDIR  

2.Kəklikotu

Kəklikotu virus əleyhinə, immunitet möhkəmləndirici təsirə malikdir. Bronxit, laringit, angina, öskürəyin dərmandır. Bütün bu yolları dezinfeksiya edir.   Mikrob və bakteriyaları öldürür. Uşaqlarda da boğaz qarqarası üçün istifadə edə bilərsiniz.

O, bizim genləri, DNT-ni belə qoruyur.

Onu salatlara, yeməklərə, kəsmiyə, şora qatıb yeyə bilərsiniz.

Çaya qatıb içə bilərsiniz.

Dəmləmə edib içə, qarqara edə bilərsiniz

3. Sarıkök

Sarıkök Şərqin birinci dərman ədviyyatıdır. Sarıkökün biokimyəvi tərkibi imkan verir ki, o, orqanizmdə möcüzələr yaratsın. Sarıkök xərçəng, Altsheymer, Parkinson, ürək xəstəlikləri, diabet, göz xəstəlikləri, depressiya, dəri problemlərində güclü immun artırıcı ədviyyatdır.