Azərbaycan nefti cüzi ucuzlaşıb


Digərləri 12 Fev 2019 23:11:00 191 0

Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-i 63,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,42 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,13 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.