Bir şəxsin uzun müddət qəza namazları qalıbsa...


Digərləri 12 Fev 2019 23:20:00 192 0

Bir şəxsin uzun müddət qəza namazları qalıbsa...

Bir şəxsin uzun müddət qəza namazları qalıbsa, onları hansı ardıcıllıqla qılmalıdır?

Qəza namazlarını hansı ardıcıllıqla qılmaq barədə həm keçmiş, həm də müasir müctəhidlərin fətvalarında bəzi fərqlər vardır. Bəzi fətvalara görə, qəza namazları günlər üzrə ardıcıllıqla qılınmalıdır. Yəni əvvəlcə ən keçmiş günün qəzaları qılınıb qurtarmalı, bundan sonra o biri (sonrakı) günün qəzalarına keçilməlidir. Bəzi alimlər bir günün namazlarını qəza edərkən, ardıcıllığı qorumağı məsləhət bilirlər, yəni əvvəlcə sübh, sonra zöhr və əsr, daha sonra məğrib və işa namazları qəza edilsin. Bəzi alimlər isə ardıcıllığa riayət etməyi lazım bilmirlər. Bu məsələdə ya təqlid edilən müctəhidin fətvası əsas tutulmalı, ya da ehtiyata uyğun olaraq, günlər və namazlar arasında ardıcıllıq qorunmalıdır.