Meyvətərəvəzi soyuducuda necə saxlamalı?


Digərləri 12 Fev 2019 23:05:00 188 0

Meyvətərəvəzi soyuducuda necə saxlamalı?

Adətən həftəlik edilən bazarlıqlar zamanı alınan ərzaq məhsulları soyuducuda saxlanılır. İsrafın qarşısını almaq, qida məhsullarını təzə saxlamaq üçün soyuducu əsas mətbəx avadanlıqlarındandır. Lakin ərzaqların da soyuducuda saxlanılma qaydası var.

Son.az medicina.az-a istinadən bildirir ki, soyuducuya ərzaq yerləşdirərkən edilən ən böyük səhvlərdən biri meyvə və tərəvəzlərin marketdən alınan sellofan torbalarda saxlanılmasıdır.

Mütəxəssislər deyir ki, meyvə-tərəvəz soyuducunun ən aşağı rəfinə qoyulmalıdır. Lakin onları soyuducuda market torbalarında saxlamayın. Ərzaqlar mütləq torbalardan çıxarılmalıdır. Əgər yaşdırlarsa, o zaman qurutduqdan sonra soyuducuya qoymağınız məsləhətdir.