Torpağın titrəməsi niyə baş verir?


Digərləri 12 Fev 2019 22:45:00 209 0

Torpağın titrəməsi niyə baş verir?

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

"Ey Mufəzzəl! Allahın dörd cəvahir üçün xəlq etdiyi yatağa bax. Əgər Yer kürəsi belə geniş olmasaydı, necə insanların məskəninə, tarlalara, otlaqlara, meşə və ağaclara, saysız mədənlərə özündə yer verə bilərdi?

Baxmayaraq ki, bəziləri bu dərələri və çəmənlikləri səmərəsiz və faydasız hesab edir, halbuki, bu yerlər heyvanların otlağı və məskənləridir. Həmçinin bir yerdən başqasına köçmək istəyən zaman, insanlar üçün məskən olar. O qədər çəmənliklər olmuşdur ki, saraylara və behiştə çevrilmişdir. İnsanlar da orada sakin olmuşdular. Əgər yer üzü geniş olmasaydı, insanlar dar hasarda giriftar olardılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Yer kürəsi o qədər aramdır ki, sanki heç hərəkət etmir və sakitdir. Əşyanın sabit qalması üçün münasibdir. İnsanlar onun üstündə ehtiyaclarını aradan qaldırmaq üçün səy edə bilərlər. Aram olarlar və rahat yatarlar.