SOCAR TƏLİM: Neftçilər ən mürəkkəb şəraitə uyğun hazırlanırlar


Digərləri 12 Fev 2019 22:31:00 260 0

SOCAR TƏLİM: Neftçilər ən mürəkkəb şəraitə uyğun hazırlanırlar

Dənizdə işləyən neftçilərin əmək fəaliyyəti heç də asan deyil. Hava və iş şəraitinə görə hər zaman ekstremal vəziyyət yarana bilər. Bu zaman neftçilərin hazırlıqlı olması çox vacibdir. Elə buna görə də SOCAR-ın dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində müxtəlif kurslar keçilir, neftçilər ən mürəkkəb şəraitə uyğun hazırlanırlar.

Xüsusi şarlar hovuzda dalğa əmələ gətirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu aparat isə süni külək və yağış yaradır. Bir sözlə qapalı məkanda əsil dəniz şəraiti yaradılır.

Görüntülər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzindəndir. Mərkəzdə dənizdə işləyən neftçilər üçün Sağqalma və Yanğın üzrə praktiki təlimlər keçirilir.

Sağqalma təlimi zamanı neftçilər ilk olaraq 3 metrlik tramplidən növbə ilə suya tullanırlar.

Suda müəyyən müddət qaldıqdan sonra xilasecdici sala minirlər.