Allahın seçdiklərindən olmaq istəyiriksə...


Digərləri 12 Fev 2019 22:40:00 188 0

Allahın seçdiklərindən olmaq istəyiriksə...

Allaha iman etmiş bəndənin bu dünyadakı ən böyük amalı Yaradanın razılığını qazanmaqdır. Bu razılığı əldə etməyin müxtəlif yolları və vasitələri mövcuddur. Amma bəzi əməllər var ki, bu razılığa daha qısa yolla qovuşdurur. Zənnimizcə bu əməllərdən ən üstünlərindən biri də fədakarlıqdır. Fədakarlıq - yəni öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının işinə fəda etmə, həsr etmə, bu uğurda fədakarcasına çalışma, səy göstərmə.

Fədakarlığın da müxtəlif dərəcələri olur. Kimin fədakarlığı avtobusda ayağa qalxıb öz yerini uşaqlı qadına verməklə məhdudlaşır, kim də müqəddəs amallar uğrunda canından belə keçməyə hazırdır və tələb olunduqda keçir də.

Son.az islam.az-a istinadən bildirir ki, fədakarlıq Allah qatında yüksək dəyərləndirilir. Tanrı yaratdığının ona bəxş etdiyi nemətlərin digər bəndələr üçün xərcləməsini bəyənir. Əbəs yerə deyil ki, Allah fədakarlığın ən üstün dərəcəsinə çatmış bəndələrini - şəhidləri - daha üstün, daha əziz, seçilmişlər olduğunu bəyan edir: "Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin" ("Ali-İmran", 140). Bu mətləbi, bu həqiqəti anlayan hər bir bəndə, sözsüz ki, şəhidlik məqamına yüksəlmək arzusundadır. Amma bu da hamıya nəsib olmur. Ayədən də göründüyü kimi, Allah şəhidləri ÖZÜ seçir...