Ermənistanda siyasi gərginlik davam edir


Dünya 12 Fev 2019 22:28:00 203 0

Ermənistanda siyasi gərginlik davam edir

Ermənistanda siyasi gərginlik davam edir. Ölkə mətbuatının yaydığı xəbərlərə görə, xüsusi istintaq komitəsinin apardığı araşdırma çərçivəsində, Respublikanın keçmiş prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan üzləşdirilib. Həmçinin Ermənistanın yüksək rütbəli polis əməkdaşlarının külli miqdarda pul mənimsəməsi ilə bağlı cinayət işi də artıq məhəkəməyə göndərilib.

Ermənistanın eks-prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, üzləşmə 2008-ci il martın 1-i istintaqı çərçivəsi ilə əlaqədar aparılmayıb. Sarqsyan başqa cinayətlə bağlı şahid qismində üzləşdirilib. Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanmış şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir.

Həmçinin Ermənistanda dövlət büdcəsindən pulun və bir sıra hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulmuş mükafat pullarının mənimsənilməsi üzrə respublika polisinin əməkdaşlarına qarşı cinayət işi başa çatıb.