Uca Allah Peyğəmbərimizi belə tanıdır


Digərləri 12 Fev 2019 21:50:00 208 0

Uca Allah Peyğəmbərimizi belə tanıdır

Son.az deyerler.org-a istinadən bildirir ki,  İslam Peyğəmbəri (s) elə bir əzəmətli şəxsiyyətdir ki, Qiyamət gününə qədər ilin hər günü və hər saatı ona aiddir. Çünki o, peyğəmbərlərin (ə) xatəmidir. Onun səma kitabı əbədi və cavidandır.

Həzrət Peyğəmbər (s) Quranın dili ilə.

Qurani-Kərim cavidan İlahi kitab kimi Peyğəmbərin (s) əzəmətli şəxsiyyətindən ən dərin və ən ətraflı məlumatları vermişdir.

1. Peyğəmbərlərin (ə) xatəmidir. "Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) sizlərdən heç birinin atası deyildir (ki, oğulluğu Zeydin boşadığı zövcəsi ona haram olmuş olsun). Lakin (O,) Allah Rəsuludur və peyğəmbərlərin sonuncusudur. Və Allah həmişə hər bir şeyi biləndir". ("Əhzab" 40). İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah sizin nəbinizlə peyğəmbərlərə son verdi. Ona görə də sizin Peyğəmbərdən (s) sonra peyğəmbər olmayacaqdır. Sizin kitabınızla kitablara son verdi, ona görə də əbədi olaraq Qurandan sonra kitab olamayacaqdır".

2. Allah və bəndələri qarşısında təvazökar idi. "Muhəmməd (s) - Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür". ("Fəth" 29). Bu ayədə Həzrətin (s) bəzi sifətləri bəyan edilmişdir. O cümlədən: mehribanlığı, kafirlərə qarşı sərt olması, ibadət əhli olması, İlahi razılıq ardınca olması və simasında ibadət və Allah bəndəsi olmasının zahir olması kimi.