OPEC 2019cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb


Digərləri 12 Fev 2019 21:37:00 230 0

OPEC 2019cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu azaldıb

OPEC fevral ayı üçün hesabatında 2019-cu ildə dünyada neftə tələbatın gündəlik artım proqnozunu 50 min barrel azaldaraq 1,24 milyon barrelə endirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, proqnozun azaldılması Amerika qitəsi, Avropa və Yaxın Şərq ölkələrində iqtisadi artım sürətinin yavaşıması ehtimalı ilə bağlıdır.

Bundan əlavə, OPEC 2019-cu ildə OPEC üzvü olmayan ölkələrin neft təkliflərinin artımı üzrə gündəlik proqnozu ABŞ-ın Meksika körfəzində neft hasilatının artması gözləntilərinə yenidən baxılması hesabına 80 min barrel artıraraq 2,18 milyon barrelə yüksəldib.

Hasilatın artırılması əsas etibarilə ABŞ, Braziliya, Rusiya, Böyük Britaniya, Qazaxıstan və Qanada gözlənilir, lakin Meksika, Kanada, Norveç və İndoneziyada hasilatın nəzərəçarpacaq dərəcədə azalması proqnozlaşdırılır.