Yeni texnologiya plastik tullantıları neftə çevirəcək


Digərləri 12 Fev 2019 21:39:00 192 0

Yeni texnologiya plastik tullantıları neftə çevirəcək

ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun sözlərinə görə, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.