Velosiped ixtiraçısı danışdı:


Digərləri 12 Fev 2019 21:26:00 273 0

Velosiped ixtiraçısı danışdı:

AMEA Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ixtira müəlliflərindən biri olan Oktay Salamovun dediyinə görə, hazırladıqları ikitəkərli, tam ötürməli velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda, eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir: "Mənim 25-26 yaşlarımda ixtiralarım çox olub, amma bu barədə heç kim xəbər tutmayıb.

Müstəqillik qazanandan sonra isə ixtiralarımızda bizim müəlliflik hüququmuz qalsa da, mülkiyyət hüququmuz batıb. Çünki o ixtiralar üçün pul ödəyib mülkiyyət hüququnu qorumaq lazımdır.

Yeni ixtiranın müəlliflik hüququnu almışıq, çertyoju bizdədir, patenti var, amma velosiped hələlik çertyoj səviyyəsindədir, onun tətbiqi lazımdır. Birinci velosipedə 2-3 min dollar xərcləmək olar, sonra xərclər 500 manatı keçməz, satış qiyməti isə 2500-3000 manatdır.

Birincisi ona görə çox pul istəyir ki, orda əziyyət çəkib dəqiq ölçüləri göstərəcəyik. Çertyojda bütün detalları vermişik".

Oktay Salamov deyib ki, ölkə prezidenti idmana çox böyük önəm verir, Azərbaycanda idman sahəsində kiçik qurğular hazırlansa da, ilk böyük və əhəmiyyətli qurğunu onlar ərsəyə gətirib: "Azərbaycanda velosiped yarışlarına böyük maraq var, hətta ölkəmizdə yarışlar da keçirilib. Velosiped ekoloji cəhətdən sağlam nəqliyyat növüdür.

Azərbaycanının bir brend məhsulu olsa, bu o deməkdir ki, dünyada nadir ölkələrdən olacaq".