Kor insana görmə neməti necə qayıtdı?


Digərləri 12 Fev 2019 21:15:00 216 0

Kor insana görmə neməti necə qayıtdı?

Uməş nəql edir: "Mədinədə qaradərili kor bir qadın gördüm ki, insanlara su verirdi və deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə için". Bir müddət sonra onu Məkkədə gördüm ki, insanlara su paylayır və deyirdi: "Əli ibni Əbutalibin (ə) dostluğu iftixarı ilə su için. O kəsin iftixarı ilə ki, görməyimi mənə qaytardı".

Yaxına getdim və görməyinin necə baş verdiyini ondan soruşdum.

Qadın dedi: "Bir gün bir kişi mənə dedi: "Ey kəniz! Sən Əli ibni Əbutalibin (ə) azad etdiyi və onun dostlarındansan?".

Dedim: "Bəli".