Uşağı ana bətnindən çıxarıb, yenidən geri qoydular


Digərləri 12 Fev 2019 21:05:00 222 0

Uşağı ana bətnindən çıxarıb, yenidən geri qoydular

Böyük Britaniyada həkimlər körpəni ana bətnindən çıxararaq onu əməliyyat ediblər. Daha sonra isə körpə yenidən ananın qarnına yerləşdirilib.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə The Mirror məlumat yayıb. Söhbət İngiltərənin Bernem şəhərindən olan Betan Simpsondan gedir. Hamilə qadın mütəmadi olaraq həkimə müayinə olunub, onun aprel ayında ana olacağı gözlənilir. Hamiləliyinin 5-ci ayında olan qadının USM müayinəsi zamanı məlum olub ki, körpənin biz sıra problemləri var. Qadını başqa bir xəstəxanaya göndərərək daha dəqiq müayinlər aparılıb. Müayinə nəticəsində körpənin onurğa sütununda qüsur olduğu məlum olub.

Həkimlər körpənin və ananın orqanizmini analiz edərək onu ana bətnindən çıxararaq əməliyyat etməyə qərar veriblər.