Nüvə müharibəsi ehtimalını artıran silahlar


Dünya 12 Fev 2019 21:06:00 255 0

Nüvə müharibəsi ehtimalını artıran silahlar

Nüvə müharibəsi təhlükəsi hər kəsi qorxudan bir mövzudur. Nüvə və konvensional (adi, şərti) silahlar arasındakı xəttin qeyri-müəyyənliyi bu təhlükəni artırır.

Nüvə və qeyri-nüvə silahları arasında heç bir zaman dəqiq bir fərq olmayıb. Məsələn, B-29 bombardman təyyarəsi konvensional bombalar üçün nəzərdə tutulmuşdu. Amma 6 avqust 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərinə atom bombasını bu təyyarə atmışdı.

Bu gün nüvə silahlarına sahib 9 ölkə var. Bunların toplam nüvə silahı ehtiyatı 1986-cı ildə 64 minlə rekord səviyyəyə çatmış saydan aşağı olsa da, silahların gücü Hiroşimaya atılan bombanın 3 qatına bərabərdir.

Britaniya xaricində nüvə silahına sahib səkkiz ölkə, həm nüvə, həm də konvensional döyüş başlıqlarına uyğun ikitərəfli istifadə olunan silahlara sahibdirlər.

Bunlar arasında uzun məsafəli mərmilər də olduğundan nüvə silahına sahib ölkələrin hədəf alacağı bölgələr genişlənmiş olur.

II Dünya Müharibəsində ABŞ-ın Hiroşimaya atdığı ilk atom bombasını daşıyan təyyarə - Enola Gay

Məsələn, Rusiya bir qədər əvvəl qurudan atılan yeni bir 9M729 qanadlı mərmini yerləşdirmişdi. ABŞ bu mərminin ikitərəfli istifadəyə uyğun olduğuna və 500 km-dən artıq məsafə üçün sınaqdan keçirildiyinə inanır.

Rusiyanın orta məsafəli mərmi istifadəsini qadağan edən razılaşamanı pozması istiqamətindəki Amerika iddialarının əsasında bu mərmi yer alır.

ABŞ-ın bu razılaşmadan geri çəkildiyini açıqlaması, yeni bir silahlanma yarışı mövzusundakı narahatlıqları artırıb.

Çin isə son vaxtlarda yeni inşa etdiyi DF-26 mərmisini nümayiş etdirir.

2500 km məsafəni qət edə bilən bu mərmi dünyanın ən uzun mənzilli, tam zərbə vurmaq tutumuna sahib ikili istifadə mərmisi olaraq tanınır.

Bu cür mərmilərin nüvə müharibəsi təhlükəsini artıracağına dair bəzi ssenarilər var.

Bunlardan ən mühümü, bir münaqişə zamanı bu mərmi konvensional döyüş başlığı ilə atılsa belə nüvə silahı olaraq qəbul edilməsi ehtimalıdır. Bu qeyri-müəyyənlik mərmiyə nüvə silahıyla cavab verilməsinə səbəb ola bilər.

Bu şəkildəmi qarşılıq veriləcək, yoxsa hansı növdən olduğunun aydınlaşması üçün silah partlayana qədər gözləniləckmi? Bunu təxmin etmək çətindir.

Hələki, atılmadan səhv müəyyən edilməsi ehtimalı ikili istifadəli mərmilərin ən böyük təhlükəsidir.

Tutaq ki, Çin hərəkətli bir avtomobilə quraşdırılmış və nüvə başlıqla yüklənmiş DF-26 mərmilərini ölkənin fərqli bölgələrinə yerləşdirib.

ABŞ bunları konvensional silah sayaraq məhvinə cəhd edərsə, Çin bu mərmilər hələ ki, məhv edilmədən nüvə silahlarını işə sala bilər.

Pekindəki bir paradda DF-26 raketlərini daşıyan hərbi vasitələr