İnsan bağırsağında yaşayan 100 yeni canlı növü


Digərləri 12 Fev 2019 21:10:00 183 0

İnsan bağırsağında yaşayan 100 yeni canlı növü

İnsanlar bilməsə də, insan bədəni olduqca böyük bir bioloji zənginliyə malikdir. Bədənimizdə yaşadığını bildiyimiz növlərin arasına yeniləri əlavə oldu.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanlar olaraq bir çox canlı növü ilə oxşarlığımız var. Bu canlıların bir qismi bədənimizdə yaşayır. Ümumiyyətlə varlıqlarını deyil, yoxluqlarını hiss etdiyimiz bu canlılar, bir çox həyati funksiyamızı reallaşdırmaqda bizə köməkçi olur.

Bağırsaqlarımızın bakteriya həyatına ev sahibliyi etdiyi uzun müddətdir bilinir. Avstraliyadakı Hadson İnstitutundan Dr. Samuel Forsterin Nature Biotechnology jurnalında nəşr olunan araşdırması isə bağırsaqlardakı həyatın nə qədər rəngli olduğunu göstərir.

Kanada və Britaniyada yaşayan 20 iştirakçının bağırsağından alınan nümunələri araşdıran Dr. Forster və qrupu, 273 fərqli bakteriya növü kəşf etdi. Bunlardan 105 növü əvvəllər bilinmirdi. Bilinənlərdən isə 68 növü daha əvvəl təsnif edilməmişdi. Fərqli zəncirlərə malik olan cəmi 737 bakteriya müəyyən edildi.