Hərbçilərimiz beynəlxalq “Qış təlimi 2019”da iştirak edirlər


Digərləri 12 Fev 2019 20:07:00 177 0

Hərbçilərimiz beynəlxalq “Qış təlimi  2019”da iştirak edirlər

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq "Qış təlimi - 2019" təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.


Xəbərə aid fotolar