Afət daha dəhşətli sürpriz hazırlayır


Şou-biznes 12 Fev 2019 19:44:00 215 0

Afət daha dəhşətli sürpriz hazırlayır

Nəsiminin "Sığmazam" qəzəli onsuz da məşhur idi. Mənim ifamdan sonra daha da tanındı, insanlar əzbərləməyə başladı.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Musavat.com-un canlı yayımında qonaq olan müğənni Afət Fərmanqızı məşhur hind mahnısına Nəsiminin "Sığmazam" qəzəlinin təhrif edərək oxuması barədə müzakirələr zamanı deyib. O, bu mahnını oxumaqda heç bir qəbahət görmədiyini söyləyib:

"Orta məktəbdə oxuyanda heç bu qəzəli əzbər bilmirdim. Mahnı üçün oxuyanda öyrəndim. Mən savadlı insanam. Ali təhsilli biologiya-kimya müəllimiyəm. Bu birdən-birə mənim yadıma düşmədi.

"Pəncu-şeş"i oxumamışdan əvvəl şəxsi vəkilimlə məsləhət elədim. Dedi ki, heç bir qanuna zidd deyil.

Toy bizim ən müqəddəs adət-ənənəmizdir. Bu qəzələ oynayanda nə olur ki? Mən bu mahnını oynamaq üçün oxumamışam. Musiqisində istifadə edilən hind mahnısı elə bir mahnıdır ki, Azərbaycanda hələ elə bir mükafat alan sənətkar yoxdur. Ala da bilməz. Necə olur ki, bu musiqi minlərlə insana yaradı, mənə yaramadı? Bu dünyada ermənidən başqa bütün xalqların musiqisi mənim üçün musiqidir.

İndi Corc Mayklın bir mahnısına gecə-gündüz qulaq asıram. Ola bilər ki, onun mahnısının musiqisi ilə bizim sözləri birləşdirib mahnı oxudum. Hələ sürprizdir".