Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər (FOTO/VİDEO)


Digərləri 12 Fev 2019 19:42:39 202 0

Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər (FOTO/VİDEO)

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Bakı. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.