Bəhruz Quliyev: "KİVin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişafına xidmət edəcək"


Digərləri 12 Fev 2019 19:31:00 267 0

Bəhruz Quliyev: "KİVin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişafına xidmət edəcək"

Kütləvi informasiya vasitələrinin yeni maliyyələşdirmə şərtləri rəqabətdən çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasıında mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, stimullaşdırılması məqsədilə növbəti addımın atılmasına zərurət yarandığı bildirildi:

"Bu gün elektron media ilə çap mediası arasında sağlam mübarizə gedir. Dünyada KİV sahəsində baş verən proseslər də onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır və rəqabətdə elektron media qalib gəlir. Sözsüz ki, qəzetlərin dövriliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var. Bildiyiniz kimi, 2008-ci ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib. Bu gün yazılı mətbuat orqanları arasında da rəqabət var. KİVDF tərəfindən qoyulan şərtlərdən biri də budur ki, qəzetin 2 min abunəsi və minimal 5 min tirajı olsun".