İsraildən ağır təhdid: "Bu, İslam İnqilabının sonuncu ildönümü olacaq"


Dünya 12 Fev 2019 19:29:00 216 0

İsraildən ağır təhdid: "Bu, İslam İnqilabının sonuncu ildönümü olacaq"

"ABŞ-ın İranı vuracağı təqdirdə, iranlıların Təl-Əvivi və Hayfanı dağıdacaqlarına dair təhdidləri bizi qorxutmur". 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verib ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. "Mən İran rejiminin təhdidlərini görməzdən gəlmirəm, lakin bunlarla məni qorxutmaq olmaz" - deyə o bildirib.

Baş nazir qeyd edib ki, əgər Tehran faciəli səhv etsə və Təl-Əviv və ya Hayfanı məhv etməyə çalışsa, cəhdləri nəticəsiz qalacaq: "Bu, onların inqilabın sonuncu ildönümünü qeyd etdiyi il olacaq. Onlar bunu nəzərə almalıdırlar".