Kollegiya sədri: "Bölgələrdə vəkillərin sayı artırılmalıdır"


Digərləri 12 Fev 2019 19:17:00 251 0

Kollegiya sədri: "Bölgələrdə vəkillərin sayı artırılmalıdır"

Azərbaycanın bölgələrində vəkillərin sayı olduqca azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

A.Bağırovun sözlərinə görə, bölgələrdə vəkil qurumları da azdır:

"Son bir il ərzində Azərbaycanda vəkillərin sayı xeyli artsa da, bölgələrdə bu proses çox zəifdir. Vəkillər kollegiyası 2004-cü ildə təsis edilib. Həmin vaxt ölkədə 300-dən bir az artıq vəkil fəaliyyət göstərirdi. 2018-ci ilə qədər ölkədə 934 nəfər vəkil var idi. Keçən il daha 600 nəfərdən artıq vəkil kollegiyaya qəbul edilib. Regionlarda da vəkillərin sayı iki dəfəyə qədər artıb. Amma bu yenə də azdır. Biz kollegiya olaraq heç kəsi məcbur rayona göndərə bilmərik. Bu, yalnız stimullaşdırıcı tədbirlərlə ola bilər. Biz bununla bağlı "Asan Xidmət"lə memorandum imzalamışıq. Memoranduma əsasən, regionlarda fəaliyyət göstərən "Asan Xidmət" mərkəzlərində vəkil büroları yaradılır. Artıq həmin bürolar fəaliyyətə başlayıblar. Bu çox uğurlu layihədir və nəticə də verir. "Asan Xidmət" mərkəzləri vəkillər üçün bütün şəraiti yaradırlar".