Bakıda bu avtobuslar pulsuz WiFi xidmətinə qoşulub


Digərləri 12 Fev 2019 18:44:00 236 0

Bakıda bu avtobuslar pulsuz WiFi xidmətinə qoşulub

Bakıda 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, "Xaliq Faiqoğlu" MMC-nin "Safcell" şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində 2 aylıq test mərhələsi uğurla başa çatıb və avtobuslarda pulsuz Wi-Fi xidmətinin qoşulmasına başlanılıb.

İlkin olaraq 18 saylı marşrut xətti üzrə hərəkət edən və Avro-5 standartlarına cavab verən avtobuslarımızın hamısı bu cihazlarla təmin edilib. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internet imkanından faydalana bilərlər. Belə ki, MMC-yə məxsus olan hər hansı avtobusda pulsuz Wi-Fi xidmətinə qoşulmuş şəxslər şirkətin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.