KOBİA-nın nümayəndələri Rusiyada səfərdə olub


Digərləri 12 Fev 2019 18:42:00 166 0

KOBİA-nın nümayəndələri Rusiyada səfərdə olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olub.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olub. Agentlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Moskva hökumətinin naziri – Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin ilə görüşüb. Görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, 2019-cu ilin birinci yarısında S.Çeryominin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.