Dünya çempionu dünyasını dəyişdi


İdman 12 Fev 2019 18:00:00 172 0

Dünya çempionu dünyasını dəyişdi

İngiltərə millisinin keçmiş qapıçısı Qordon Benks dünən 81 yaşında dünyasını dəyişib.

Goal.az xəbər verir ki, 1996-nın dünya çempionu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Benks 20-ci əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tuturdu. 20 il (1958-1977) peşəkar səviyyədə oynayan qapıçı iki dəfə İngiltərə kubokunu qazanıb. Futbol əfsanəsi Pele onu FİFA-100 siyahısına daxil etmişdi. Mərhum qapıçının DÇ-1970-də braziliyalının zərbəsindən sonra etdiyi seyv ötən əsrin ən yaxşı seyvi kimi tarixə düşüb. Benks 1970-də Britaniya imperiyasının zabiti adına layiq görülüb.