Tutulan polis əməkdaşının həbs müddəti uzadıldı


Digərləri 12 Fev 2019 17:49:00 219 0

Tutulan polis əməkdaşının həbs müddəti uzadıldı

Bu gün Nəsimi Rayon Məhkəməsində Qazax rayonunda ölüm işinə görə həbs olunan polis əməkdaşı İlham Süleymanov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, İ.Süleymanovun həbs müddəti 2 ay artırılıb.