Komissiya: "Şamaxıda baş verən təkrar zəlzələ ciddi fəsadlar törətməyib"


Digərləri 12 Fev 2019 17:11:00 243 0

Komissiya: "Şamaxıda baş verən təkrar zəlzələ ciddi fəsadlar törətməyib"

Fevralın 11-də axşam saatlarında Şamaxıda baş verən təkrar zəlzələ rayon ərazisində ciddi fəsadlar törətməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, komissiya üzvləri hadisədən dərhal sonra rayon ərazisinə baxış keçirib: "Ciddi problem ortaya çıxmayıb. Təkrar yeraltı təkanla bağlı müraciət daxil olmayıb. Komissiyaya daxil olan müraciətlər fevralın 5-də baş verən zəlzələ ilə bağlıdır. Hazırda komissiya üzvləri müraciətlər əsasında ev və obyektlərə baxış keçirir, araşdırmalar davam edir. Komissiya müraciət daxil olan ev və obyektlərə yerində baxır və qərar qəbul edir".