Yaşlı deputatlardan maraqlı açıqlamalar: “Üzürəm, idman edirəm…", "Ağzına su alıb oturub...”


Digərləri 12 Fev 2019 17:07:00 183 0

Yaşlı deputatlardan maraqlı açıqlamalar: “Üzürəm, idman edirəm…", "Ağzına su alıb oturub...”

Bir neçə gündür saytlarda Milli məclisin deputatlarının çox yaşlı olması ilə bağlı yazılar dərc olunur.

Qeyd edilən yazıda parlamentin deputatlarının 42-nin yaşının 65-dən yuxarı olduğu, bir sırasının isə yaşının 80-dən çox olduğu bildirilib. Qeyd edilən yazı bir neçə gündür sosial şəbəkələrdə də güniş müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri yaşlı deputatları tənqid edərək onların işləyəcək yaşda olmadıqlarını bildiriblər.

Son.az xəbər verir ki, Bizim Yol əhali arasında müzakirələrə səbəb olan bu yazı ilə bağlı yaşlı deputatlarla danışıb. Onların bəziləri yaşlı olduqlarını qeyd etsələr də, bəziləri maraqlı açıqlama verərərk hələ cavan, gümrah olduqlarını bildiriblər.

82 yaşlı deputat Ağacan Abıyev: "Bu barədə əslində bizdən yox, başqa deputatlardan soruşmaq lazımdır. Çünki, mən özüm barədə necə danışım. İndi yaşdı da özünü göstərir. Qocalıq hiss olunur. Qocalıq da bir gözəllikdir. Cavan adamlardan da işləməyənləri var. Ola bilər məzuniyyətdə olsunlar, xaricdə olsunlar, amma hamı işləməlidir."

78 yaşlı deputat, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə: "Yaşlı sözünü sizdən eşidirəm. Deputatların yaşlı olmaması ilə bağlı qanun yoxdur. Biz başa düşürük ki, gənclər biz tutduğumuz yeri tutmalıdırlar. Onlar parlamentdə də, dövlət orqanlarında da vəzifə tutmalıdırlar. Onlar gərək çəkili olsunlar, bizdən öyrənsilər. Söhbət yaşdan getmir. Elə adam var, 50 yaşı olsa da ayaq üstə ölür. Mən fiziki cəhətdən özümü yaxşı hiss edirən. İdman edirəm, üzürəm elə adam var əli qələm tutmur."