Baş redaktor: "KİVin maliyyələşdirilməsinin yeni şərtləri qəzet bazarını daha da inkişaf etdirmək məqsədi daşıyır"


Digərləri 12 Fev 2019 16:47:00 250 0

Baş redaktor: "KİVin maliyyələşdirilməsinin yeni şərtləri qəzet bazarını daha da inkişaf etdirmək məqsədi daşıyır"

"Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) dövlət tərəfindən maliyyələşdirilməsi şərtlərinin dəyişməsi mahiyyətcə dövlət dəstəyinin yeni mərhələsini açır".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, ilk vaxtlarda bəzi qüvvələr bu məsələ ətrafında yersiz söz-söhbətlər yaratmağa çalışsalar da, əsl mahiyyət çox tezliklə ictimaiyyətə çatdırıldı: "Dövlətin KİV-ə dəstəyinin yeni mərhələsi heç də bəzilərinin yozduğu kimi qəzetlərin maliyyələşməsini dayandırmaq deyil, əksinə, qəzetlərin məzmununu daha da təkmilləşdirmək, formaca ən müasir standartlara uyğunlaşdırmaqla ölkənin qəzet bazarını daha da inkişaf etdirməkdən ibarətdir. Yeni maliyyələşmə şərtləri çap mediasının bu mərhələdə əlavə lokomotivi kimi nəzərdən keçirilə bilər. Dərin məzmun və yüksək poliqrafiya keyfiyyətləri yeni mərhələdə çap mediası üçün xarakterik xüsusiyyətlər olmaqla, həm də qəzetlərimizin dövlətçilik proseslərində daha ağır çəki ilə iştirakına şərait yaradacaq".

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) illər ərzində qəzetləri maliyyələşdirməklə onların qarşısında həm yeni inkişaf imkanları açıb, həm də dövlətçilik ideologiyasının daha aktiv daşıyıcıları olmaq gücü ilə təmin edib: