Azərbaycanlı futbolçu həmcinsini bıçaqlayıb


Digərləri 12 Fev 2019 16:39:00 233 0

Azərbaycanlı futbolçu həmcinsini bıçaqlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən S.K.-nın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman S.K yetkinlik yaşına çatmadığını və futbolçu olduğunu bildirib.

Daha sonra məhkəmə prosesin qapalı keçirilməsi barədə qərar çıxarıb.

Məhkəmənin baxış iclası fevralın 15-nə təyin edilib.