Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi


Digərləri 12 Fev 2019 16:17:00 237 0

Leyla Şıxlinskayaya dəymiş ziyan ödənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən müəssisənin sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə L.Şıxlinskayaya dəymiş 56 min manat ziyanın ödənildiyi bildirilib.

Sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, prokuror Şəhla Abbasovanın doqquz il, Yelena Abdullayevanın iki il, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyevanın isə beş il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmənin iclas zalında həbs olunmalarını istəyib.