Göyçay Xəstəxanasının baş həkimi: Qanaxma ilə gələn qadın məcburi abort zamanı ölüb


Digərləri 12 Fev 2019 16:18:00 196 0

Göyçay Xəstəxanasının baş həkimi: Qanaxma ilə gələn qadın məcburi abort zamanı ölüb

Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasının dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib.

Bakı. Samir Əli - Göyçay rayon Mərkəzi Xəstəxanası abort zamanı dünyasını dəyişən qadınla bağlı yayılan məlumata münasibət bildirib. Xəstəxananın baş həkimi Elçin Bilalov Trend-ə açıqlamasında bildirib ki, dünyasını dəyişən 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay sakini deyil: "Qadın Astara sakinidir. Həyat yoldaşı çoban işləyir. Bir neçə gün öncə həyat yoldaşı ilə birlikdə Göyçaya gəlib. Bu gün səhər saatlarında qadın kəskin qanaxma ilə xəstəxananın doğum şöbəsinə daxil olub. Qadın 14 həftəlik hamilə olub. Həkimlər onu məcburiyyət qarşısında abort eləmək qərarı verib. Qadın abort zamanı dünyasını dəyişib".