Azərbaycan alimləri yeni velosiped ixtira ediblər


Digərləri 12 Fev 2019 15:49:00 248 0

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped ixtira ediblər.

Son.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin iki təkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.

Sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.