Yolu tanımayan sürücü maşını çaya aşırdı


Digərləri 12 Fev 2019 15:29:00 218 0

Yolu tanımayan sürücü maşını çaya aşırdı

Balakəndə yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Balakən royonu Katex kəndi ərazisində "Mersedes" markalı minik maşını Balakən rayonu istiqamətində hərəkətdə olarkən yoldakı körpüdən çayın yatağına düşüb.

Xoşbəxtlikdən maşında olanların heç biri xəsarət almayıb. İlkin ehtimala görə sürücünün yola bələd olmaması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar