Söyün Sadıqov tutuldu


Kriminal 12 Fev 2019 15:17:00 312 0

Söyün Sadıqov tutuldu

Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Son.az Report-a istinadən bildirir ki, S.Sadıqov "reket" fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.