Xəzərin sahil zolağı plastik tullantılardan təmizləndi


Digərləri 12 Fev 2019 15:01:00 216 0

Xəzərin sahil zolağı plastik tullantılardan təmizləndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, iməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və "Azərsun Holdinq" MMC-nin texniki heyəti iştirak edib.

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.


Xəbərə aid fotolar