Bakıda hoteldə sevgilisini 33 bıçaq zərbəsi ilə öldürən qadının məhkəməsi başladı


Digərləri 12 Fev 2019 15:08:00 180 0

Bakıda hoteldə sevgilisini 33 bıçaq zərbəsi ilə öldürən qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihamda göstərilib ki, G.Hüseynova sevgilisini onunla rəsmi nikaha girmədiyi üçün qətlə yetirib. G.Hüseynova özünü qismən təqsirli bilib. Prosesdə ifadə verən sahə müvəkkili, polis mayoru Müşviq Cabbarov bildirib ki, sahə inspektoru olduğu üçün hadisə yerinə gedib: "Gördüm hər tərəf qan içindədir. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qız mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. 1 il müddətinə sevgili olublar. Sonradan oğlan onun bakirəliyini pozub. Qız oğlana onunla evlənməsini tələb edib, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb".