Buktreyler Festivalında iştirak şərtləri, yeni nominasiya


Kriminal 12 Fev 2019 14:44:00 305 0

Buktreyler Festivalında iştirak şərtləri, yeni nominasiya

Kinoaktyor, Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli IV Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat verib:

"Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin bu ilki IV Buktreyler Festivalında daha bir yeniliyik olacaq. Yenilik ondan ibarətdir ki, bu il "Ən yaxşı mobil buktreyler" nominasiyası elan olunmuşdur. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə və 1.000 azn məbləği qazanmaq şansını əldə edə bilər."

Festivalda iştirak şərtləri aşağıdakılardır:

• Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;

• Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;

• Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;

• Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;

• Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;

• təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;

• iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

• xronometrajı: max. 3 dəqiqəyədək;