Xəzərin sahil zolağı plastik tullantılardan təmizlənib (FOTO)


Digərləri 12 Fev 2019 14:43:00 188 0

Xəzərin sahil zolağı plastik tullantılardan təmizlənib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib. Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.