Ezgi sevgilisi ilə fotosunu çəkənlərə əsəbiləşdi


Digərləri 12 Fev 2019 14:34:00 210 0

Ezgi sevgilisi ilə fotosunu çəkənlərə əsəbiləşdi

Dörd aydır sevgi münasibəti qurduğu Mustafa Aksakkalı ilə restoranların birində yemək yeyən türkiyəli aktrisa Ezgi Mola fanatlarına əsəbiləşib.

Son.az axşam.az-a istinadən bildirir ki, yan masada əyləşənlərin onların fotosunu çəkməsi sənətçini özündən çıxarıb.

O, "Əziz dostlar, artıq jurnalist olmayanların gizli-gizli məşhurları çəkmək sevdası sona yetsin. Jurnalist işini görsün, aktyor oyununu oynasın. Əgər sevirsinizsə, gəlin, "sevirəm" deyin. Onlara "Vaxtımı almayın, hülqumunuzu sıxaram" demək istəyirəm. Əgər sevmirsinizsə, gizli-gizli məşhurların fotosunu çəkməyin" deyə, bildirib.