Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər təsdiq edildi


Digərləri 12 Fev 2019 14:00:00 205 0

Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, deputatlar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Sazişin, "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında" Sazişin təsdiq edilməsi məsələsini müzakirəyə çıxarıblar. Deputatlar qeyd olunan sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd ediblər. Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin