Milli Məclis Xəzər dənizində əməkdaşlığa dair bir neçə sənədi təsdiq etdi


Digərləri 12 Fev 2019 14:02:00 199 0

Milli Məclis Xəzər dənizində əməkdaşlığa dair bir neçə sənədi təsdiq etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizi əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, iclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi, o cümlədən "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb.