Expressbankın idarə heyətinin sədri İ.Həbibullayev: "Daima müştərilərin rahatlığını təmin edəcək yeniliklər axtarışındayıq"


Digərləri 12 Fev 2019 14:00:00 213 0

Expressbankın idarə heyətinin sədri İ.Həbibullayev: "Daima müştərilərin rahatlığını təmin edəcək yeniliklər axtarışındayıq"

Expressbank-ın idarə heyətinin sədri İ.Həbibullayevin müsahibəsi.

- 2018-ci il artıq geridə qaldı. Expressbank üçün yola saldığımız il necə nəticələndi?

- Bildiyiniz kimi, Expressbank uzun illərdir Azərbaycan bazarında fəaliyyət göstərir. Ötən illərlə müqayisədə bank 2018-ci ildə bazarda mövqeyini daha da gücləndirmişdir. Əldə olunan ümumi nəticələrə görə geridə qoyduğumuz ili uğurlu fəaliyyətimizin növbəti ili kimi qiymətləndiririk. Müsbət dəyişikliklər fəaliyyətimizin demək olar ki, hər bir sahəsində hiss olunmuşdur. Bu müddət ərzində bazar payının artımı ilə yanaşı müştəri bazasını da genişləndirdik. Belə ki, 2018 - ci ildə fiziki şəxs müştərilərinin sayı 23%, hüquqi şəxs müştərilərinin sayı isə 42% artmışdır. Hazırda ümumi xidmət etdiyimiz müştərilərin sayı 250 mindən çoxdur və bu say davamlı olaraq artmaqdadır. Bunu da biz müştərilərin banka olan etimadının əsas göstəricisi kimi dəyərləndiririk.

Əlavə olaraq qeyd etmək istərdim ki, ötən il beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Expressbank-ın kredit reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləyib. Və bu reytinq ölkə bankları sırasında yüksək nəticə hesab olunur.

- Expressbank-ı fərqləndirən nədir?   - Bizim fəaliyyətimiz müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanılmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəlibdir. Təşkilatımızın şüarında əks olunduğu kimi, müştərilərin işlərinin rahatlığı üçün bankın hər bir işçisi, tutduğu vəzifəsindən asılı olmayaraq, öz üzərinə düşən işləri görməyə hədəfləyib. 

Biz daima müştərilərin rahatlığını təmin edəcək yeniliklər axtarışındayıq.  Göstərdiyimiz xidmətlərin sürətinin və səmərəliliyinin artırılması məqsədi ilə filialların xidmət konsepsiyasında bir sıra yeniliklər tətbiq etmişik. Pərakəndə bank məhsulları üçün müraciət edən müştərilərə xidmət göstərən mütəxəssisləri tam universallaşdırmışıq. Yəni, işçilərimiz müştərilərə həm kredit, həm də əməliyyat sahəsi üzrə eyni anda peşəkar xidmət göstərə bilirlər. Bu isə ən azından rahatlıq və operativlik baxımından hər iki tərəfə böyük üstünlük təmin edir. Yüksək səviyyəli xidmətin təmin olunması, ortaya çıxan məsələlərin yerində, daha çevik şəkildə həll olunması və müştəri axınının idarə edilməsi məqsədi ilə seçilən filiallarda əlavə olaraq xidmətə cavabdeh menecerlər fəaliyyət göstərir. Qeyd etdiyim özəlliklər müştəri məmnuniyyətinin üst səviyyədə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.  Bununla yanaşı bazara davamlı olaraq unikal, bank-müştəri münasibətlərinə əlavə dəyər artıran məhsullar təklif etməyə çalışırıq. 

Biznes proseslərin avtomatlaşdırılması və xidmət sürətinin artırılması sahəsində də əsaslı işlər aparırıq. 

Son dövr ərzində biznes fəaliyyəti ilə məşğul olan müştərilərə göstərdiyimiz xidmət imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra vacib tədbirlər görülmüşdür. Nəticədə sadəcə keçən il ərzində 650 yeni şirkət cəlb olunmuş və biznesin dəstəklənməsinə 82 milyon manat kredit vəsaiti ayrılmışdır. 

Sözsüz ki, qeyd olunan nailiyyətlərin heç biri güclü, peşəkar komanda və öz işini sevən işçilər olmadan reallaşa bilməzdi. İşçilərimiz bizim ən dəyərli aktivimizdir. Bank olaraq komanda üzvlərinin fərdi və peşəkar inkişafına xüsusi əhəmiyyət verir və hər zaman diqqət mərkəzində saxlamağa çalışırıq. 

- Qeyd etdiyiniz unikal məhsullardan hansını xüsusi vurğulaya bilərsiniz?    - Ölkədə müştərilər tərəfindən kifayət qədər marağa səbəb olan, bankımız tərəfindən təqdim olunan Expressclub xidməti, müştərilərə nağdsız əməliyyat zamanı 20% dək "cash-back" (pulun qaytarılması) qazanmaq imkanını bəxş edir.  750 - yə yaxın tərəfdaş sayəsində belə bir təklifin təqdimi müştərilərin böyük marağına səbəb olub. Ötən il təqdim etdiyimiz Expressclub mobil əlavəsi ilə müştərilər bankla bu xidmət üzrə əməkdaşlıq edən partnyorlar, mövcud fürsətlər və kampaniyalar haqqında məlumatları anında və rahat qaydada almaq imkanını əldə ediblər. Bankımız üçün önəmli layihələrdən biri də Expresspay ödəmə sistemidir. Ötən il əməliyyatların həcminə görə Expresspay şəbəkəsinin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu da təsadüfi deyil. Bu sistem özündə 300-dən çox müxtəlif onlayn xidmətləri birləşdirir. Yeganə ödəmə sistemidir ki, eyni zamanda ödəniş terminalları, mobil əlavəsi və elektron pul kisəsi var. 

Bununla bərabər 700-ə yaxın terminal müştərilərimizin bir çox bank xidmətləri üzrə rahat və əlçatan şəkildə müxtəlif əməliyyatların 24/7 rejimdə aparılmasını təmin edir. 


Xəbərə aid fotolar