Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır


Digərləri 12 Fev 2019 13:16:00 159 0

Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır

Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır.

Bakı. Elçin Mehdiyev – Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O qeyd edib ki, həm beynəlxalq təşkilatların, həmsədr ölkələrin, həm Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməsinə əsas verirdisə, problemi həll etmək iqtidarımız gücləndikcə onun qarşısını almaq istəyən dairələrin səylərini artırmaq cəhdi göstərdiyi barədə düşünməyə vadar edir.