Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603ə çatdı


Digərləri 12 Fev 2019 12:45:00 191 0

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603ə çatdı

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.

Son.az bildirir ki, bu barədə Trend-ə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib.

Komissiyadan bildirilib ki, hadisə nəticəsində zədələndiyi deyilən evlərin əksəriyyəti rayonun sürüşmə zonasında yerləşir.