Nikola Yurçeviç: "Məqsəd Avropa çempionatında iştirak etməkdir" - müsahibə


İdman 12 Fev 2019 12:06:00 207 0

Nikola Yurçeviç: "Məqsəd Avropa çempionatında iştirak etməkdir" - müsahibə

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç bu gün mətbuat nümayəndələri önünə çıxıb.

Goal.az-ın məlumatına görə, bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında xorvatiyalı mütəxəssisin mətbuat konfransı təşkil edilib.

53 yaşlı çalışdırıcı öncə təyinatı ilə bağlı fikirlərini bildirib: "Sizin üçün milli komandanın nə qədər vacib olduğunu marağınızdan görürəm. Bu, mənə də əlavə motivasiya verir. Azərbaycan millisinin baş məşqçisi təyin olunduğum üçün çox şadam. Mənə etibar etdiyi üçün AFFA-ya təşəkkür edirəm".